Dünya 16:57 29.06.2022

Rusiya üçün "qurbanlıq quzu" - Ermənistan

Son günlər Rusiya nümayəndə heyətləri bir-birinin ardınca Ermənistana səfər edir. Ermənistan həmişəki kimi Moskva üçün forpost rolu oynayır.

Ermənistanın hakimiyyətinin bəzi qanadları dairələri rusların bir-birinin ardınca reallaşan səfərlərini "parlaq diplomatik qələbə" kimi təqdim etməyə çalışır. Amma ictimaiyyətin mövqeyi fərqlidir. Hakimiyyətin bəzi qanadları və müxalifətdən fərqli olaraq, xalq arasında anti-Rusiya əhval-ruhiyyəsi günü-gündən artır. Erməni cəmiyyətinin Rusiyaya münasibətinin mənfiləşməsi 44 günlük müharibədən sonra baş qaldırmağa başladı. Amma Kremlin buna baxmayaraq, bölgədə öz İsrailə bənzər layihəsini yaratmaq istəyindən əl çəkmir.

Amma İsraillə Ermənistan arasındakı fərqlər, onun heç vaxt Təl-Əviv olmayacağını deməyə əsas verir. Birincisi, İsrail öz silahı və digər resursları ilə müdafiə edə bilir, əhalisinin yaşayış səviyyəsinə və inkişafına görə dünyanın aparıcı ölkələrindən biridir. İsrailin "zavod qiymətinə" ABŞ silahına ehtiyacı yoxdur, öz ən böyük silah istehsalçılarından və ixracatçılarından biridir. Ermənistan isə əksinə, bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də Rusiyanın vassalı rolunadadır.

İkincisi, ABŞ-da qüdrətli yəhudi lobbisi və nəhəng yəhudi kapitalı var. Bu, Amerika hakimiyyətini nəyin bahasına olursa-olsun İsrailin maraqlarını müdafiə etməyə məcbur edir. Ermənistanın isə Rusiyaya təsir etmək üçün heç bir rıçaqı yoxdur. Sadəcə, Moskva üçün forpost rolunu oynayır.

Rusiyada mövcud olan erməni kapitalı nəinki həmin ölkənin siyasətinə təsir etmir, əksinə, Rusiyanın Ermənistan siyasətinə əlavə təsir imkanları verir. Bundan başqa, hər il Ermənistandan 40-50 min insan əsasən Rusiyaya mühacirət edir. Əvəzində müxtəlif yerlərində milyonlarla insan hələ də İsrail vətəndaşlığını almaq üçün "baş sındırır".

Bir sözlə, Ermənistan Rusiya üçün sadəcə "qurbanlıq quzu", hər an qurban verilə biləcək "kiçik müttəfiq”dir...

Telman Qasımov