Dünya 19:35 19.05.2022

Rusiya Ukrayna dəniz limanlarından blokadanı götürə bilər - Şərtlər

Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiya Federasiyası Ukrayna dəniz limanlarından blokadanın götürülməsi şərtlərini aşıqlayıb.

Qaynarinfo "İnterfaks”a istinadla xəıbər verir ki, bu haqda Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.

O, Rusiya tərəfinin Ukraynadakı limanlara çıxışını açması məsələsini Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Qərbin Rusiya ixracına tətbiq etdiyi sanksiyaların ləğvi ehtimalı ilə əlaqələndirib.

"Burada təkcə Rusiya Federasiyasına müraciət etməklə deyil, həm də hazırkı ərzaq böhranına gətirib çıxaran bütün səbəblər kompleksinə dərindən baxmaq lazımdır və ilk növbədə, bunlar normal azad ticarətə, ərzaq məhsullarının, o cümlədən buğda, gübrə və digər malların satışına maneə olan ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır. Ona görə də bu məsələ çox əhatəli və hərtərəfli nəzərdən keçirilməlidir. Əgər tərəfdaşlarımız həllə nail olmaq istəyirlərsə, o zaman Rusiya ixracına tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı problemləri həll etmək lazımdır”, - o, Moskvada "İnterfaks”ın sualını cavablandırarkən deyib.

Xatırladaq ki, daha əvvəl BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli Rusiyanı Ukraynadakı dəniz limanlarına çıxışı açmağa çağırmışdı.

Nizami Bağırov