Dünya 11:12 03.02.2023

Rusiya Ukraynada bu günə qədər nə qədər hərbçi itirib? - NYT-nin hesablaması

11 aylıq genişmiqyaslı müharibə zamanı Rusiya Ukraynada 200 minə yaxın hərbçisini itirib.

Qaynarinfo xəbər verir ki, bu barədə The New York Times qəzetinin müəllif məqaləsində bildirilir.

NYT yazır ki, ABŞ və digər Qərb rəsmilərinin məlumatına görə, Ukraynada öldürülən və yaralanan Rusiyalı əsgərlərinin sayı 200 minə yaxınlaşır.

"Cəmi 11 aydakı itkilər ABŞ-ın Əfqanıstandakı müharibənin iki onilliyindəki itkilərindən 8 dəfə çoxdur.

Baxmut və Soledar uğrunda gedən döyüşlərdə Rusiya ordusunun xüsusilə ağır itki verdiyi qeyd edilir.

Qəzet yazır ki, eyni zamanda, rusiyalı analitiklər insan itkilərinin Putinin hərbi məqsədlərinə mane ola bilməyəcəyini deyirlər.

"Müharibə ölkənin İkinci Dünya müharibəsi zamanı 8 milyondan çox sovet əsgərinin həlak olduğu mübarizə ilə eyni şəkildə aparılır. Putin Ukraynada yüz minlərlə qurbana hazırdır, baxmayaraq ki, daha çox itki onun siyasi dəstəyini sarsıda bilər”, - nəşr yazır.

Nizami Bağırov