Dünya 11:20 25.01.2023

Rusiya XİN: ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq istədiyini açıq bəyan edib

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyanı strateji məğlubiyyətə uğratmaq istədiyini açıq şəkildə bildirdiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazır.

Bununla nazirlik Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin Qərbin Ukraynadakı münaqişədə hələ də "əsas qırmızı xətləri” keçmədiyini söyləyən sözlərini şərh edib.

"Ölkəmizə qarşı hibrid müharibə gedir, bu yaxınlarda Lavrov bu barədə ətraflı danışıb. Qırmızı xətlərlə bağlı müzakirələr keçmişdə qalıb. ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq arzusunu birmənalı şəkildə bəyan edib. Reallığı görməmək mümkün deyil”, - Rusiya XİN-dən TASS-a bildiriblər.

Polyanski yanvarın 24-də bildirib ki, "bəzi qırmızı xətlər keçilib”, lakin yəqin ki, "onların ən əsasları” hələ keçməyib. O, bəyan edib ki, Rusiya kimi nüvə dövləti ilə münasibət qurarkən "bütün imkanları hesablamaq lazımdır”.

Nizami Bağırov