Dünya 11:12 10.03.2023

Rusiyalılara Gürcüstana səfərdən çəkinmək tövsiyə edildi

Rusiyalılar Gürcüstana səfər etməkdən çəkinməlidirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə RF İqtisadi İnkişaf Nazirliyinin saytındakı məlumatda deyilir.

Hazırda orada olanlara isə nazirlik tərəfindən Tbilisinin mərkəzi kimi "insanların çox olduğu yerlərə” getməmək tövsiyə olunub.

İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, fərdi şəkildə səyahət edən turistlər İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya Federasiyasının maraqları bölməsinə müraciət edə bilərlər. İsveçrə səfirliyi Gürcüstanda Rusiya Federasiyasının maraqlarını təmsil edir.

Xatırladaq ki, bir müddət əvvəl Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə görə etirazlar başlayıb. Aksiyalar martın 8-də və 9-a keçən gecə də davam edib. Nəticədə qanun layihəsi geri götürülüb.

Alpər