Dünya 13:37 03.12.2022

Rusiyanı düşmən hesab edən amerikalıların sayı rekord həddə çatdı - Sorğu

Amerikalıların Rusiyaya münasibəti Ukraynadakı müharibə səbəbindən rekord mənfi həddə çatıb. 

Qaynarinfo xəbər verir ki, Ronald Reyqan Fondunun keçirdiyi müntəzəm sorğunun nəticələrinə görə, əhalinin 82%-i Rusiya Federasiyasını düşmən kimi qəbul etdiyini bildirib.

Bu, tədqiqat tarixində maksimum nəticədir. Ötən il bu rəqəm 65% olub.

Bununla yanaşı, Ukrayna tərəfdarlarının sayı xeyli artıb. Respondentlərin 76%-i bu ölkəni (bir il əvvəl 49%) müttəfiq adlandırıb. Amerikalıların 57%-i Ukraynaya maliyyə yardımı və silah tədarükünün davam etdirilməsinin tərəfdarıdır, 72%-i isə Rusiya NATO ölkəsinə müdaxilə edəcəyi təqdirdə ABŞ-ın ona qarşı hərbi əməliyyatını dəstəkləyəcək. Bununla belə, 77% Putinin nüvə silahından istifadə edə biləcəyindən narahatdır.

Amerikalılar Rusiyanı Çindən sonra əsas düşmən adlandırıblar. Amerikalıların 42%-i Pekini əsas təhlükə hesab edir. Eyni zamanda, Rusiyaya bu cür tərif verənlərin sayı il ərzində iki dəfə - 14%-dən 31%-ə qədər artıb.

Rusiya Federasiyasında "Levada Mərkəzi” avqust ayında oxşar mövzuda sorğu keçirib. O zaman rusiyalıların 71%-i ABŞ-a pis münasibət bildirib. 65%-i də Avropa İttifaqına mənfi münasibət bəsləyir. Sorğuda iştirak edənlərin 66%-i Ukraynanın qatı əlehidarıdır.

Nizami Bağırov