Dünya 19:20 18.02.2023

Rusiyaya qarşı sanksiyalar 2021-ci ilin dekabrında hazırlanmağa başlanılıb - Ursula fon der Lyayen

Avropa İttifaqı (Aİ) və ABŞ 2021-ci ilin dekabrında Ukraynadakı hərəkətlərinə görə Rusiyaya qarşı sanksiyalar hazırlamağa başlayıb. 

Qaynarinfo xəbər verir ki, bunu Münhen təhlükəsizlik konfransında Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, Qərb ölkələri sanksiyaların tətbiq edilməyəcəyinə ümid edirdi: "Aİ ABŞ-la birlikdə hələ 2021-ci ilin dekabrında Rusiyaya qarşı irimiqyaslı iqtisadi sanksiyaların hazırlanmasına başlayıb”.

Gözlənilir ki, Aİ sanksiyalarının onuncu paketi fevralın 24-də, Rusiyanın Ukraynaya qarşı müharibəsinin ildönümü günündə dərc olunacaq. Aİ artıq qəbul edilmiş məhdudiyyətlərdəki boşluqları bağlamağı planlaşdırır. Sanksiyaların 11 milyard avro dəyərində Rusiya ixracına, həmçinin Alfa Bank da daxil olmaqla dörd banka təsir edəcəyi gözlənilir. Eyni zamanda, Aİ Rusiyanın nüvə sənayesinə qarşı məhdudiyyətlərlə bağlı razılığa gələ bilməyib.

Nizami Bağırov