Ölkə 19:05 24.11.2022

Rüşvətə görə həbs edilən sabiq məmur Ali Məhkəməyə müraciət etdi

2020-ci ildə rüşvət ittihamı ilə saxlanılan 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının (TSEK) keçmiş sədri Katib Məmmədov və digər tibb işçiləri məhkəmə qərarından kasasiya şikayəti verib.

Qaynarinfo-nun məlumatına görə, işə Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, ötən ilin sentiyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının (TSEK) sədri vəzifəsində işləmiş Katib Məmmədov və onunla birgə ittiham olunan "Həkim Sanitar Xidmətinin Bakı Dəmir Yol Xəstəxanası” MMC-nin Stasionar şöbəsinin müdiri Səftər Həsənov, Sabunçu rayonu 3 saylı Şəhər klinik xəstəxanasında tibb işçiləri Kəmalə Babayeva, İradə Rzaquliyeva, 32 saylı Birləşmiş şəhər xəstəxanasının Poliklinika şöbəsinin müdiri Mirzə Əsgərova höküm oxunub. Hökmə əsasən, Katib Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digərlərinin bəziləri şərti, bəziləri isə 1 il islah işlərinə məhkum olunublar.

Əhməd