Ölkə 11:00 23.10.2022

Sabirabadda bazardakı yanğının vurduğu ziyanın miqyası açıqlandı

Xəbər verdiyimiz kimi, Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

FHN-dən Qaynarinfo-ya verilən məlumata görə,yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000 m² sahədə yanıb.

Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.