Ölkə 11:02 30.06.2022

Sabirabadda əməliyyat: Baş memar saxlanıldı

Sabirabadın baş memarı saxlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qasımov Müşviq Vidadi oğlu oğlu tutulub.

O külli miqdarda rüşvət almaqda və mənimsəmədə şübhəli bilinir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.
 
Sabirabad rayon icra başçısının birinci müavini Həsən Həsənov Qaynarinfo-ya bildirib ki, əməliyyat İcra Hakimiyyətində keçirilib və Qasımov Müşviq Vidadi oğlundan başqa saxlanılan olmayıb.