Ölkə 19:49 01.11.2022

Salyan şəhərinə içməli suyun verilməsi dayandırıldı

Salyan şəhərini içməli su ilə təmin edən kəmərdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar şəhərin su təminatında fasilə yaranıb.

Bu barədə "Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, noyabrın 2-də günün sonuna qədər təmir-bərpa işləri başa çatdırılacaq və suyun verilməsi bərpa olunacaq.