Ölkə 10:10 11.03.2021

Samux sakini tərəfindən qaçırılan qız ailəsinə təhvil verildi

Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. 

Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.