Ölkə 15:04 18.11.2022

Saxta qazi taksi sürücülərini aldatdı, telefonlarını və pullarını oğurladı

Bakıda taksi sürücülərini aldadaraq avtomobillərindən oğurluq edən lənkəranlı "qazi” tutulub. 

Qaynarinfo-nun məlumatına görə, Əliyheydər Tağıyev adlı şəxs 1989-cu ildə Lənkəran anadan olub, 2020-ci ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Lakin 2021-ci ildə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. 

Zərərçəkmiş Aslan (şərti) adlı şəxs "Bolt" taksi şirkətində taksi fəaliyyəti göstərib. Əliyheydər Tağıyev 2022-ci ilin 10 avqustunda saat 02:20 radələrində Binəqədi rayonu ərazisində, "Ayna Sultanova" parkının yaxınlığında ona yaxınlaşaraq "qazi" olduğunu, "Motin"ə gedəcəyini bildirdib. Sürücü razılaşaraq onu istədiyi istiqamətə aparıb. Bundan sonra Əliyheydər Tağıyev oğurluq planını gerçəkləşdirə bilib. Taksi sürücüsünə ayağının ağradığını bildirib və Nərimanov rayonu, Atatürk prospekti 29 ünvanında yerləşən "Bravo"dan onun üçün siqaret və şokalad almağını xahiş edib. Sürücü marketdən qayıdarkən "qazi"nin avtomobildən düşüb getdiyini görüb. Maşına baxanda isə 400 manata aldığı "Samsung Galaxy A20S" markalı mobil telefonun və avtomobilin qabaq oturacaqları arasındakı saxlanc yerində saxladığı 137 manat pulunun oğurlandığını görüb.

Əliyheydər Tağıyev eyni cinayət əməlini "AzSamand" markalı avtomobilin sürücüsünə də qarşı törədib. Belə ki, Ceyhun (şərti) Koroğlu metrostansiyasının yaxınlığında dayanaraq taksi fəaliyyəti ilə məşğul olub. Əliyheydər Tağıyev onu da eyni vasitə ilə tora salıb. Belə ki, ayağının ağırıdığını bildirərək, bank kartını sürücüyə verib cə marketdən siqaretlə su almağını xahiş edib. Sürücüyə marketin kassasında kartın etibarsız olduğunu bildiriblər. O, gerin qayıdanda Əliyheydər Tağıyev maşında olmadığını görüb. 

Əliyheydər Tağıyev eyni senarini ilə Ceyhun (şərti) adlı sürücünün maşınında 1100 manat dəyəri olan "Samsung M52" markalı mobil telefonu, həmçinin telefonun kabrosunun arxasındakı 300, avtomobilin salonunundakı qoltuqaltının içərisindən 67 manatı götürüb.

Məhkəmənin qərarı ilə Əliyheydər Tağıyev 3 il 3 ay azadlıqdan məhrum edilib.

Əhməd