İdman 16:00 26.01.2023

"Səbail" Şamaxıda məğlub oldu

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində daha bir qarşılaşma baş tutub.

Qaynarinfo-nun məlumatına görə, "Səbail" səfərdə Şamaxının eyniadlı təmsilçisinin qonağı olub. Gərgin keçən görüşdə əvvəlcə hesabı bakılılar açıb. 33-cü dəqiqədə Qoba Zakpa fərqlənib. "Şamaxı" bu qola ikinci hissədə cavab verib. 57-ci dəqiqədə Emil Qasımov əlinə düşən fürsəti qaçırmayıb. Meydan sahibləri 90-cı dəqiqədə daha bir dəfə fərqlənib. Amil Yunanov penltidən komandasını hesabda önə keçirib.

Başqa qol olmadığından qarşılaşma "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Premyer Liqada 19-cu tura bu gün yekun vurulacaq. Turun sonuncu görüşü Masazırda "Sabah"la "Neftçi" arasında keçiriləcək. Start fiti 19.00-da səsləndiriləcək görüşü Əliyar Ağayev idarə edəcək.

Səbuhi Həsənov