İdman 15:29 02.06.2023

"Səbail"də növbəti ayrılıq

"Səbail" daha bir futbolçu ilə yolları ayırıb.

Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Franko Mazurek də göndərilənlərin sırasına qoşulub. Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Bakı təmsilçisi buna qədər Qoba Zakpa, Qustavo de Fransa, Luvaqa Kizito ilə də yolları ayırmışdı.

Səbuhi Həsənov