Dünya 17:58 01.08.2022

Serbiya Kosovo gərginliyindən az əvvəl Çindən xeyli silah alıbmış (TƏFƏRRÜAT)

Kosovodakı münaqişədən bir müddət əvvəl Serbiya öz ordusunu Rusiya və Çindən gələn hərbi texnika ilə intensiv şəkildə silahlandırmağa başlayıb, buna görə də bir neçə ay əvvəl Qərb ölkələri Balkanlarda vəziyyətin mümkün gərginləşməsindən narahat olublar.

"İctimaiyyətin diqqətini Ukraynadakı müharibədən qismən də olsa yayındırması məqsədilə Rusiyanın öz müttəfiqi Serbiyanı qonşuları ilə silahlı münaqişəyə sövq edə biləcəyi ilə bağlı böyük narahatlıqlar var”, - "Defence News” portalı yazır.

Apreldə məlum olub ki, Serbiya hərbçiləri Çin hava hücumundan müdafiə sistemi alıb. FK-3 (HQ-22) zenit-raket kompleksləri bir neçə hərbi nəqliyyat təyyarəsi ilə çatdırılıb. Bu, Çin silahlarının Avropayaı ən böyük tədarüküdür.

2020-ci ilin yayında zenit qurğularının alınmasına dair razılaşmalar əldə olunub. Əvvəlcə Belqradın Rusiya S-300-lərini alacağı planlaşdırılırdı, lakin sonda seçim çinlilərin xeyrinə olub: güman ki, onlar sövdələşmənin daha sərfəli şərtlərini təklif ediblər.

HQ-12/HQ-22 ailəsinin kompleksləri Rusiya S-300PMU1 və S-300PMU2-yə bənzəyir, çünki onların əsasında yaradılıb. Eyni zamanda, Çin sistemlərinin imkanları daha məhdud olsa da, daha ucuz və sadədir. Bu sistemlər hazırda Myanma, Malayziya və Türkmənistanın Silahli Qüvvələrinin xidmətindədir. 
Hələ 2020-ci ildə Vaşinqton regionda mümkün münaqişələrdən ehtiyat edərək Belqradın hava hücumundan müdafiə sistemlərini almaqdan imtina etməsini təklif etmişdi. Amerika rəsmiləri qeyd ediblər ki, əgər Serbiya həqiqətən Aİ və digər birliklərə qoşulmaq istəyirsə, o zaman ordusunu Qərb standartlarına uyğun təchiz etməlidir.

Əldə olunan Çin silahlarından danışan Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, sistemlər heç kim üçün təhlükə yaratmır və ölkəyə hücum etmək istəyənlər üçün "güclü çəkindirici” vasitə olacaq.

"Biz artıq bizi kötəkləməyə icazə verməyəcəyik", - siyasətçi 1999-cu ildə NATO-nun Yuqoslaviyanı bombalamasına işarə edərək deyib.

Serbiyanın sərəncamında yeni zenit sistemləri ilə yanaşı, Rusiyanın T-72 tankları, MiQ-29 qırıcıları, Mi-35m nəqliyyat və döyüş helikopterləri var. 2022-ci ilin aprelində Belqradın Türkiyədən növbəsiz "Bayraktar” zərbə PUA-ların almaq planları barədə məlumat yayılmışdı. Fransanın "Dassault Rafale” çoxməqsədli təyyarələrinin və Britaniyanın "Eurofighter Typhoon” qırıcılarının alınması üçün də danışıqlar aparılır.

İyulun 31-də Serbiya və Kosovo sərhədində vəziyyət gərginləşib, Kosovo xüsusi təyinatlıları Serbiya ilə sərhədi bağlayıblar, yerli sakinlər isə alban qoşunlarının mümkün gəlişi ilə bağlı yollarda barrikadalar qurmağa başlayıblar. Serb təhlükəsizlik qüvvələrinin bölgəyə daxil ola biləcəyi barədə məlumatlar var idi.

Buna səbəb Kosovo hakimiyyətinin avqustun 1-dən Serb sənədlərini qəbul etməmək qərarı olub. Rəsmilər həmçinin Serb qeydiyyatlı avtomobillərin yenidən qeydiyyata alınmasını tələb ediblər. Qarşıdurmadan sonra yeni qaydaların tətbiqi ertlələnib.

Nizami Bağırov