Dünya 14:36 28.02.2023

Serbiya və Kosovonun münasibətləri normallaşmaya doğru gedir

Serbiya və Kosovo münasibətlərin normallaşmasına dair saziş bağlamağa yaxındır. Xüsusən də liderlər vətəndaşların daxili pasportlarla hərəkəti haqqında sazişi dəstəkləyiblər.

Qaynarinfo RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrel deyib.

"Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Aljbin Kurti bu gün razılaşıblar ki, "Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması haqqında saziş” adlanan Avropa təklifinin əlavə müzakirəsinə ehtiyac yoxdur”, - Aİ rəsmisi bildirib.

Borrel qeyd edib ki, Serbiya və Kosovo vətəndaşları bu sazişdən faydalanacaqlar, çünki bu, onların pasportlarından, avtomobillərinin açarlarından və nömrə nişanlarından istifadə etmək üçün sərbəst hərəkət imkanı verir.

"Bu, insanlara məktəbi harada bitirməsindən asılı olmayaraq oxumağa və işləməyə imkan verir. Müqavilə yeni iqtisadi biznes imkanları və yeni investisiyalar yarada bilər. Bu, bürokratiya olmadan daha çox məşğulluq imkanları təmin edir", - o izah edib.

Nizami Bağırov