Ekonomiks 11:48 18.03.2023

Sərhədindən buraxılış məntəqələrində nə baş verir? - DSX-dan açıqlama

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

"Operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılmış, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib", - məlumatda deyilir.