Dünya 23:40 29.10.2022

Seulda Hellouin şənliyində izdiham: 120 nəfər öldü

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyindəki izdihamda 120 nəfər ölüb, 100-dən çox şəxs xəsarət alıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə Seulun mərkəzi rayonlarından olan İtavonda baş verib. Yaralılar şəhər xəstəxanalarına yerləşdirilib. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Hüquq mühafizə orqanları hadisə barədə araşdırmalara başlayıb. Ölü və yaralı sayının çoxalması istisna olunmur.

Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib.

Medianın məlumatına görə, Hellouin bayramı ilə əlaqədar İtavon rayonundakı şənliklərə təxminən 100 min adam qatılıb.