Foto 10:52 08.12.2022

Seymur Orucov Aşağı Göyçəlidə vətəndaşlarla görüşdü (FOTOLAR)

Ağstafa RİH başçısı Seymur Orucov rayonun Aşağı Göycəli kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Səyyar qəbulda başçının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər.

RİH başçısı çıxışında Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, işğaldan azad olunan ərazilərimizdə icra olunan nəhəng abadlıq, quruculuq tədbirlərindən söz açaraq, ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda görülən işlər barədə qısa məlumat verib.

Səyyar qəbulda müraciət və təkliflə çıxış edən hər bir sakin diqqətlə dinlənilib, qaldırılan məsələlərin həllinə dair vətəndaşlara qanunamüvafiq izahatlar verilərək nəzarətə götürülüb.