Ölkə 17:52 09.02.2023

“Shaurma №1”dən Türkiyəyə 200 000 TL-lik dəstək

Qardaş Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 14 mindən çox şəxsin həlak olması, 60 mindən çox şəxsin yaralanması ilə dövlətlərlə yanaşı, şirkətlər də Türkiyə üçün yardım kampaniyasına qoşulublar.

Qaynarinfo xəbər verir ki, bu məqsədlə "Shaurma №1” şirkəti tərəfindən qardaş ölkə üçün 200 000 TL yardım ayrılıb. 

Qeyd edək ki, "Shaurma №1” bundan əvvəl də YAŞAT Fonduna, Silahlı Qüvvələrin Yardım Fonduna, Koronavirusla Mübarizə Fonduna yardımlar etmişdi