Dünya 11:36 31.03.2023

Si Szinpin müharibəyə hazırlaşır: Çin yeni bomba sığınacaqları tikir - "Foreign Policy"

Çin prezidenti Si Szinpin mart ayında illik iki sessiyalı iclasda dörd ayrı çıxışında müharibəyə hazırlıq barədə danışıb. Onlardan birində o, generallarını "döyüşməyə cəsarət etməyə” çağırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Foreign Affairs" məlumat yayıb.

Si çıxışlarından birini Çin Xalq siyasi məşvərət konfransının nümayəndələrinə, digərini hərbçilərə, iki çıxışını isə Ümumçin xalq nümayəndələri konqresinə çatdırıb. 

"Çıxışlarda o, qaranlıq geosiyasi mənzərəni təsvir edib, ABŞ-ı Çinin düşməni kimi qeyd edib, özəl biznesi Çinin hərbi-strateji məqsədlərinə xidmət etməyə çağırıb və və Tayvan və materikin birləşməsini "Çin etnosunun əhəmiyyətli cavanlaşmasına" nail olmağa yönəlmiş siyasətinin uğuru üçün həyati vacib hesab etdiyini təkrarlayıb", - "Foreign Affairs" yazır.

Həmçinin, Si Szinpin hökuməti Çinin müdafiə büdcəsini 7,2% artırdığını və ölkəni xarici taxıl idxalından daha az asılı vəziyyətə salmağı planlaşdırdığını açıqlayıb. Nəşr vurğulayır ki, münaqişənin qaçılmazlığından danışmaq və ya Pekinin söz və hərəkətlərinə birmənalı qiymət vermək mümkün deyil, lakin ÇXR rəhbərinin "mübariz” əhval-ruhiyyəsinə dəlalət edən bir neçə fakta istinad edir.

Məsələn, son aylarda Pekin yeni hərbi təlim qanunlarını açıqlayıb, bəzi şəhərlər bomba sığınacaqları, eləcə də bütün ölkə üzrə Milli müdafiə səfərbərliyinin yeni ofislərini tikməyə və təkmilləşdirməyə başlayıb. 

Xüsusən, qanunlardan biri Siyə ehtiyat qüvvələrini daha asan aktivləşdirməyə, digər bir qanunvericiliyə dəyişiklik isə "Tayvanın ələ keçirilməsinə qarşı çıxan insanları mühakimə etmək üçün" istifadə edilə bilən hüquqi müddəaları tənzimləməyə imkan verəcək, - "Foreign Affairs" yazır.

Nizami Bağırov