Dünya 12:54 31.03.2023

Slovakiya ermənisi Rusiya ilə Şimali Koreya arasında razılaşma hazırlayır - Ağ Ev

Rusiya döyüş sursatı almaq üçün Şimali Koreyaya nümayəndə heyəti göndərmək istəyir. Bunun müqabilində Kreml Pxenyana ərzaq təklif edir.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Ağ Evin məlumatına görə, ABŞ Rusiyanın fəal şəkildə Şimali Koreyadan əlavə hərbi sursatlar əldə edilməsi ilə bağlı yeni məlumat əldə edib.

"Biz həmçinin başa düşürük ki, Rusiya Şimali Koreyaya nümayəndə heyəti göndərmək istəyir. Və Rusiya Şimali Koreyaya sursat müqabilində ərzaq təklif edir”, - o deyib.

Kirbi əlavə edib ki, Slovakiya vətəndaşı, silah alverçisi Aşot Mkrtıçev sanksiyalardan yan keçərək Rusiya və Şimali Koreya arasında bu razılaşmanı təşkil etməyə çalışır.

Nizami Bağırov