Dünya 09:08 06.05.2023

Slovakiya XİN başçısı istefa verir

Slovakiyanın xarici işlər və Avropa işləri naziri vəzifəsini icra edən Rastislav Kaçer istefasının qəbul edilməsi xahişi ilə Prezident Zuzana Çaputova müraciət edib.

Qaynarinfo "report"a istinadən xəbər verir ki, bu barədə "Teraz" portalı Slovakiya dövlət başçısının mətbuat katibi Martin Strijinetsin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kaçer başqa ölkədə ezamiyyətdədir, bu səbəbdən Prezident Aparatına hələlik xarici işlər nazirinin istefası ilə bağlı rəsmi müraciət daxil olmayıb.