Ölkə 22:42 09.06.2023

SOCAR Ukraynaya humanitar yardım etdi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya humanitar yardım edib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidmətindən verilən məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Ukraynaya 20 ton yanacaq təmin edilib