Sənət 16:27 24.03.2023

Son illər itirdiyimiz sənət adamları (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.  

Axşam.az son günlər sözügedən qəbiristanlıqda dəfn olunan sənət adamlarının məzarını lentə alıb. 

Xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş), Ramiz Əzizbəyli, Əməkdar artist Yaqub Zurufçu sözügedən qəbiristanlıqda dəfn olunub.

Yanvarda dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva və bir ay əvvəl vəfat edən Xalq artisti Ramiz Novruzun da son mənzili "Qurd qapısı" qəbiristanlığı olub. Ötən gün isə Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin orada torpağa tapşırılıb.

Qeyd edək ki, R.Əzizbəyli, Rəmiş, Y.Zurufçu və A.Quliyev koronavirusdan, T.Əliyeva və R.Novruz isə xərçəng xəstəliyindən vəfat edib.