Ölkə 16:35 30.09.2022

Son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 587 nəfər müalicə olunaraq sağalıb, hazırda 936 aktiv xəstə var. Bu günə qədər 9 917 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 400, bu günə qədər isə ümumilikdə 7 249 967 test icra olunub.

Son gündə koronavirus əleyhinə 874 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 319, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 890 389 təşkil edir.