Sağlamlıq 16:32 28.10.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 49 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.
 
Bu gün koronavirus əleyhinə 583 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 76, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 47 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 910 048 təşkil edir.