Texnologiya 23:41 18.04.2023

Stenford tələbələri çətin situasiyalarda yol göstərən ağıllı eynək yaratdı

"Cihaz GPT-4 süni intellekt modelinə əsaslanır. O, sahibinə çətin hallarda, məsələn, müsahibədə, görüşdə nə deyəcəyini söyləyir. RizzGPT adlandırılan cihaz sahibinə "real vaxt rejimində xidmət kimi xarizma” (CaaS) təklif edir, "söhbətinizi dinləyir və sizə bundan sonra nə deyəcəyinizi dəqiq söyləyir”.

Qaynarinfo xəbər verir ki, bu barədə Stenford tələbəsi Brayan Hou-Pin Çan tvitində izah edib.

"Uğursuz görüşlər və iş müsahibələri ilə vidalaşın", deyə o yazıb.

İxtira, praktiki olaraq istənilən eynəyə yapışdırıla bilən monoklə bənzər bir cihazdır. O, kamera, mikrofon və GPT-4 tərəfindən yaradılmış mətni göstərə bilən yüksək ayırdetmə displeyi ilə təchiz olunub.

OpenAI-nin nitqin tanınması proqramı olan Whisper eynəklərə nitqi birbaşa chatbot-a ötürməyə imkan verir ki, bu da istifadəçiyə saniyələr ərzində cavab verə bilir.

Nizami Bağırov