İdman 10:45 10.02.2023

"Sumqayıt” "Arsenal"ın futbolçusunu transfer etdi

"Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub sonuncu dəfə Rusiya "Arsenal”ının (Tula) formasını geyinmiş Kamran Əliyevlə müqavilə imzalayıb. Futbolçu ilə müqavilənin müddəti 2,5 illikdir. 24 yaşlı oyunçu "Sumqayıt”ın heyətində "23” nömrəli formada çıxış edəcək.

Rusiya təmsilçisi "Ximki”nin yetirməsi olan Əliyev karyerası ərzində "SKA Xabarovsk” və "Arsenal”da (Tula) çıxış edib. Kamran həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.
 

 
Səbuhi Həsənov