Dünya 12:30 06.02.2023

Süni intellekt mütəxəssislərə Lope de Veqanın əsərini tapmağa kömək etdi

Mütəxəssislər süni intellektin köməyi ilə İspaniya Milli Kitabxanasında saxlanılan pyesin indiyə qədər məlum olmayan müəllifini müəyyən edə biliblər. Onun İspaniyanın qızıl dövrünün nümayəndəsi olan dramaturq Lope de Veqa olduğu ortaya çıxıb.

Qaynarinfo "The Guardian”a istinadla xəbər verir ki, əvvəllər əsasən İspaniya Milli Kitabxanasının kolleksiyasından olan 1300 pyes rəqəmsallaşdırılıb, müəllifləri naməlum qalıb və ya səhv müəyyən edilib. Sonra Stylo proqramından istifadə edərək mətnlər Etso layihəsinin məlumat bazasında olan pyeslərin mövzuları ilə əlaqələndirilib.

Təhlil zamanı müəllifi məlum olmayan "La francesa Laura” ("Fransız qadın Laura”) pyesi ilə Lope de Veqanın əsərləri arasında mətn uyğunluğu aşkar edilib. Daha sonra süni intellektin işi əsasında çıxarılan nəticələr ənənəvi mətn təhlili ilə təsdiqlənib.

Lope de Veqa yüzlərlə, o cümlədən "Axurdakı it”, "Sevilya ulduzu”, "Rəqs müəllimi” kimi pyeslər yazıb.

Alpər