Dünya 16:44 06.02.2023

Suriyada da zəlzələ oldu: 403 ölü, 1284 yaralı (YENİLƏNİB)

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 403-ə, yaralıların sayı isə 1 284 nəfərə yüksəlib. 

Qaynarinfo SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

10.35
 
Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

Qaynarinfo yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb. 

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

09.25
 
Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

Qaynarinfo xəbər verir ki, indiyədək dağıntılar altından  42 nəfərin meyiti çıxarılıb.

Təbii fəlakət nəticəsində 200 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.