İdman 13:04 31.05.2023

Taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəldi

Azərbaycan taekvondoçusu Əliəskər Əliyev Bakıda keçirilən dünya çempionatında ilk görüşünü keçirib.
 
Qaynarinfo-nun məlumatına görə 80 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Ababakar Soumareni (Seneqal) sınağa çəkib. 
 
Döyüş taekvondoçumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Əliəskər Əliyev 1/8 finala yüksəlib. 

Mundialın 3-cü günündə Azərbaycan yığmasının 3 idmançısı dayanq üzərinə çıxacaq.

Səbuhi Həsənov