Dünya 12:19 04.10.2022

Tanımmış güneyli xanım yazar İrandakı hadisələrə etirazını belə bildirdi (FOTO)

İranda Məhsa Əminin hicaba görə Polis idarəsində öldürülməsi ilə başlayan etiraz dalğası ölkənin sənət adamlarında da böyük narahatlıq və qəzəb yaradıb.

Təbrizdə yaşayan Güney Azərbaycan yazıçısı, Azərbaycan Respublikasının oxucuları arasında da əsərləri ilə tanınan, bir sıraq müsabiqə və festivalların qalibi Ruqəyyə Kəbiri də hadisələrə biganə qala bilməyib.

Qaynarinfo xəbər verir ki, bu haqda yazıçı öz İnstaqram hesabında yazıb.

O, hökumət qüvvəllərinin göstərdiyi şiddəti qətiyyətlə tənqid edib.    

"Ölkənin bütün vətən ovladları və Təbriz Universitetinin tələbələrinin mədəni istəkləri qarşısında şiddət görmələri ilə bağlı xəbərin senzuraya məruz qalmasına etiraz olaraq, Ana dilində (Azərbaycan türkcəsi) 20 adda hekayə, roman, şeir və səyahətnamə müəllifi kimi qərara gəldim ki, bu gündən belə İranın İrşad İdarəsinin nəzarəti altında heç bir kitab nəşr etdirməyim”, - xanım yazıçı qeyd edib.

Kəbiri, atdığı addımın nəticəsindən asılı olmayaraq, ictimai proseslərə diqqət yetirən bir yazıçı olduğunu, baş verənlərə biganə qalmaq istəmədiyini, özünü xalqdan kənar bilmədiyini, xalqın içində olduğunu vurğulayıb.
 
Qeyd edək ki, bu gün Ruqəyyə Kəbirinin öz etirazını bildirməsindən sonra daha üç Güney Azərbaycan yazarı etiraza qoşlub. "Ban” dərgisinin müdiri İrşad Nazirliyindən aldığ nəşr imtiyazını yandirib.

Şairlərdən Duman Ərdəm və Mustafa Şeyxpur da Ruqəyyə Kəbiri kimi daha kitab nəşr etməyəcəklərini bildiriblər.
 
Alpər