Sənət 13:03 25.01.2023

Tanınmış rejissora başdaşı qoyuldu (FOTO)

Lənkəran Dövlət Dram Teatrının mərhum rejissoru Oruc Qurbanovun 40 mərasimi keçiriləcək.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında mərhumun qızı Miranda Qurbanova deyib. Onun sözlərinə görə, mərasim yanvarın 31-də keçiriləcək. M. Qurbanova Oruc Qurbanovun qəbirüstü abidəsinin də qoyulduğunu vurğulayıb. 

Qeyd edək ki, dekabrın 23-də Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov 73 yaşında vəfat edib. 

Bahar Rüstəmli