Foto 17:31 21.01.2023

Tanınmış vəkil AY Partiya rəhbərliyinə sosial siyasətlə bağlı təlim keçdi (FOTOLAR)

Azərbaycan Yüksəliş Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin siyasət, sosial siyasət sahəsində bilgilərinin artırılması məqsədilə treninqlərə başlanılıb.

Bu gün tanınmış vəkil Xalid Bağırov partiya rəhbərliyinə sosial siyasət sahəsində təlim keçib. Vəkilin ilk təliminin mövzusu xüsusi həssas qrupların hüquqları ilə bağlı olub. O, şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, 20 yanvar hadisələrindən zərər çəkənlərin, Çernobl faciəsindən zərər çəkənlərin, Əfqanıstan müharibəsi iştirakçılarının, qaçqın və məcburi köçkünlərin, valideyn hüququndan məhrum olmuş şəxslərin hüquqlarından, bu sahədə ölkədəki durumdan danışıb. Vəkil Azərbaycanda bu sahə ilə bağlı vəziyyətin inkişaf etmiş ölkələrlə müqayisədə acınacaqlı olduğunu, müvafiq qanunlarda ciddi boşluqların olduğunu vurğulayıb.

 Xalid Bağırov növbəti treninqlərdə digər sosial məsələlər barədə bilgilərini paylaşacaq.