Ölkə 13:28 19.05.2022

TƏBİB Qadir İbrahimlinin vəziyyətini açıqladı, MEDİA nəzarətə götürdü (YENİLƏNİB)

Jurnalist Qadir İbrahimlinin səhhəti Medianın İnkişafı Agentliyinin (MEDİA) diqqətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə MEDİA-nın şöbə müdiri Natiq Məmmədli bildirib.

Onun sözlərinə görə, Q. İbrahimlinin yerləşdirildiyi xəstəxananın rəhbərliyi və həkimləri ilə dərhal əlaqə saxlanılıb: "Daim əlaqədəyik. Allahdan dəyərli dostumuza şəfa diləyirik!”

TƏBİB-dən APA-ya verilən xəbərə görə, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.
 
12.04

Jurnalist Qadir İbrahimlinin səhhətində problem yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkədə yazıb.

Qadir İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.