Dünya 14:24 28.06.2022

Tehranın cümə namazının rəhbəri şah tərəfdarlarını ölümlə hədələdi

İranın Ali Rəhbərinin nümayəndəsi və Tehranın cümə namazının rəhbəri Əhməd Xatəmi Pəhləvi yönümlü rejimi təmsil edən fikirləri tənqid edərək, son illər ölkədə belə düşüncələrin artdığını etiraf edib.

Qaynarinfo bu barədə "İranintl" saytına istinadən xəbər verir.

"İranda bəzi xain insanlar açıq şəkildə deyirlər ki, mən İslam Respublikası ilə şah hökuməti arasında qalsam, şah hökumətini seçərdim. Bu, faciəlı və eyn zamanda təhlukəlidir. Onlar cəhənnəmdə şaha qovuşacaqlar, şahın özu və atası islama zidd idilər".

O, şah tərəfdarlarını ölümlə hədələyərək İranda Pəhləvi imperiya rejiminin tərəfdarlarına yer olmadığını deyib.

Qeyd edilir ki, İranda son günlərdə keçirilən etiraz aksiyalarında İslam hökumətindən üz çevirən insanlar, keçmiş vəliəhd şahzadə Rza Pəhləviyə dəstək şüarları səsləndiriblər və son etirazlar açıq şəkildə göstərib ki, şah hökumətindən 43 il keçməsinə baxmayaraq, İranda hələ də Pəhləvi hökumətinin çoxlu tərəfdarları var.

Aydın