Ölkə 12:07 13.01.2023

Teymur Musayevdən daha üç təyinat

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) yeni direktor və baş həkim təyin olunub.

Qaynarinfo xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorunun müavini - baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Teymur Musayev Sədaqət Qənbər qızı Hüseynovanın Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor, Rəhimə Ramiz qızı Məmmədovanın baş həkim təyin olunması ilə bağlı əmr imzalayıb.