İdman 12:35 11.01.2023

TFF rəhbərliyi erməni patriarxla görüşdü, hədiyyə verdi

Türkiyə Futbol Federasiyası (TFF) İdarə Heyətinin üzvləri Türkiyə ermənilərinin 85-ci patriarxı II Sahak Maşalyanla görüşüb.

Qaynarinfo TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millisi ilə Ermənistan arasında keçiriləcək oyun öncəsi səfərdə TFF-nin sədr müavini Murat Aksu və qurumun İdarə Heyətinin üzvü Əli Düşməz iştirak edib.

TFF-nin nümayəndələri Maşalyanı martın 25-də Ermənistanda keçiriləcək oyuna dəvət edib və millinin formasını ona hədiyyə verib. Murat Aksu və Ali Düşməz oyunda sülh, qardaşlıq və dostluğun hökm sürməsini arzulayıb, Milad bayramı münasibətilə patriarx Maşalyanın və erməni icmasının bayramını təbrik ediblər.

Səbuhi Həsənov