Dünya 09:53 26.11.2022

Tokayev and içdi, vəzifəsinin icrasına başladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti 7 il müddətinə dövlət başçısı vəzifəsinin icrasına  başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

"Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyimə, Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyimə, Qazaxıstan Respublikası Prezidenti kimi mənə həvalə edilən yüksək vəzifələri vicdanla yerinə yetirəcəyimə təntənəli şəkildə and içirəm”, - o, andiçmə mərasimində deyib.

Tokayev xalqın etimadını doğrultmaq və Qazaxıstanı firavan dövlətə çevirmək üçün səy göstərəcəyini vəd edib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Abdirov Tokayevə respublika prezidentinin vəsiqəsini təqdim edib.