İdman 10:45 20.05.2023

“Traktor” azarkeşlərindən “Tehran Azərbaycandır!” şüarı (FOTO)

Cənubi Azərbaycan təmsilçisi "Traktor” klubunun azarkeşləri qeyri-adi addımları ilə diqqət çəkiblər.

BAKU.WS xəbər verir ki, onlar Tehranda "Dağlar başı dumandır, Tehran Azərbaycandır!” şüarlarını səsləndiriblər.

Azarkeşlər bu şüarları səsləndirərkən əlləri ilə bozqurd işarəsi tutublar.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq viral olub.