ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı irəli sürülmüş ittihamdan sonra sədrlik edən hakim və onun ailəsi çoxsaylı təhdidlər almağa başlayıb.
Bu barədə Qaynarinfo "NBC News"a istinadən xəbər
verir.
Bir məmur, hakim Xuan Merçan və onun ailə üzvləri bu yaxınlarda "onlarla" təhdid aldığını söyləyib.
Çərşənbə axşamı məhkəmə çıxışından əvvəl Tramp hakimin və ailəsinin ona nifrət etdiyini deyib.
Xüsusilə Tramp və tərəfdarları Merçanı və onun yetkin qızı da daxil olmaqla ailəsini açıq şəkildə tənqid ediblər. Belə ki, statusunda eks-prezident hakimin qızının vitse-prezident Kamala Harrisdə, indi isə Bayden-Harris şirkətində işlədiyini qeyd edib.
Seçki kampaniyaların maliyyələşdirilməsi haqqında federal hesabatlar göstərir ki, prezidenti hakimin qızı olan Authentic rəqəmsal agentliyi Harris və Baydenin 2020-ci il prezidentlik kampaniyası da daxil olmaqla müxtəlif Demokrat qruplarıyla işləyib. Bununla belə, Merçanın qızının Bayden üçün bundan sonra da iş gördüyünə dair heç bir sübut yoxdur.
Başqa bir mənbə, Manhetten dairəsinin prokuroru Elvin Breqq və onun ofisindəki digər məmurların təhdidlər almağa davam etdiyini söyləyib. Təhdidlər zənglər, elektron məktublar və məktublar şəklində gəlir.
Nyu York polisi zərərçəkmişlərə əlavə təhlükəsizlik təmin edir. Bu arada məhkəmə icraçıları hakimin və bütövlükdə məhkəmənin təhlükəsizliyini gücləndirirlər.
Bundan əlavə, məsələ ilə bağlı məlumatlı mənbənin sözlərinə görə, bu yaxınlarda Manhetten Prokurorluğunun əməkdaşlarının onlayn tərcümeyi-halı, Trampın "Truth" sosial platforması da daxil olmaqla, sosial şəbəkələrdəki narahatedici paylaşımlara görə prokurorluğun saytından silinib.
Nizami Bağırov
Şərhlər