İdman 22:42 13.08.2022

"Turan Tovuz" ilk, "Qarabağ" ikinci qələbəsini qazandı

Bu gün futbol üzrə Misli Premyer Liqasında II turun daha 2 oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Qarabağ"ı qəbul edib. Görüşdə Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Günün digər qarşılaşmasında isə "ASCO Arena"da "Səbail" "Turan Tovuz"u qəbul edib. Bu komandaların Premyer Liqada ilk qarşılaşması Qərb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, turun açılış oyununda "Sabah" səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək "Qəbələ" - "Şamaxı" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
II tur
13 avqust

"Sumqayıt" - "Qarabağ" 0:2
Qollar: Musa Qurbanlı, 90+4, Filip Ozobiç, 90+6

"Səbail" - "Turan Tovuz" 0:1
Qol: Natan Oduva, 23