Dünya 15:19 24.12.2022

Türk dövlətində islahatlar: Nazirliklərin sayı azalır, məmurların 35 faizi istisar olunur

Özbəkistanda administrativ islahatlara start verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyev fərman imzalayıb.

İnzibati idarəetmə orqanlarında islahatlar haqqında fərmanına əsasən, icra hakimiyyəti orqanlarının, o cümlədən rəhbər heyətin təxminən üçdəbiri ixtisar ediləcək.

Ölkədə nazirliklərin sayı 25-dən 21-ə, Baş nazirin müavinlərinin sayı 8-dən 4-ə enəcək. 20 idarə tamamilə ləğv ediləcək, iqtisadiyyat və maliyyə, tikinti və mənzil-kommunal təsərrüfatı, ali təhsil, elm və investisiya, məktəbəqədər və məktəb təhsili vahid nazirliklər kimi birləşdiriləcək.

Sənədə əsasən, ölkədə nazirlik və idarələrin sayı 68-dən 28-ə qədər azaldılacaq, məmurların sayı isə 30-35 faiz ixtisar ediləcək.

Qeyd edək ki, güc strukturları - Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi isə struktur dəyişikliyinə məruz qalmayıb.

Aydın