Birləşmiş Ştatlar və Böyük Britaniya "Rusiya və Ukrayna arasındakı münaqişənin tezliklə sona çatmasında maraqlı deyil” və buna görə də "Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş təşkil etmək səylərinə qarşı çıxırlar”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Ərhan
bildirib.
Ərhanın sözlərinə görə, Qərb ölkələri "Zelenski və Putinin Ərdoğanla görüşməsini, onların birgə fotoşəklinin olmasını istəmirlər”.
Türkiyə hakimiyyətinin nümayəndəsi əlavə edib ki, Ərdoğan Putinlə Zelenski arasında danışıq təşkil etməyin yollarını tapa bilər və yalnız onun hər iki liderə "əli çatır”.
Alpər
Şərhlər