Türkiyə Silahlı Qüvvələri İraqda şəhid verib.
Qaynarinfo "Hürriyət"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, TSQ-nin İraqın şimalında keçirdiyi "Pəncə- Kilid” əməliyyatında çavuş Mahsun Şimşek terrorçuların təxribatı nəticəsində şəhid olub.
Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.
Aydın
Şərhlər