Siyasət 23:55 09.02.2023

Türkiyə parlamentinin deputatı zəlzələdə həlak oldu

Türkiyə parlamentinin Kahramanmaraşdan seçilən millət vəkili Sıtkı Güvenç zəlzələ zamanı həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı məlumat yayıb.

"İyirmi dördüncü çağırış Türkiyə Böyük Millət Məclisində birlikdə çalışdığımız Kahramanmaraş millət vəkili Sıtkı Güvenç zəlzələdən sonra dağıntılar altında dünyasını dəyişib. Allah rəhmət eləsin. Məkanı cənnət olsun”, - səfir "Twitter"də yazıb.