Dünya 18:06 15.03.2023

Türkiyə tezliklə Finlandiyanın NATO üzvlüyünü təsdiqləməyi planlaşdırır - "Reuters"

Türkiyə mayın 14-də ölkədə keçiriləcək parlament və prezident seçkiləri öncəsi Finlandiyanın NATO-ya üzvlük ərizəsini tezliklə təsdiqləmək niyyətindədir.

Bu barədə Qaynarinfo "Reuters"ə istinadən xəbər verir.

İki türk rəsmisinin sözlərinə görə, Türkiyə parlamenti, çox güman ki, aprelin ortalarına qədər Finlandiyanın NATO üzvlüyünü ratifikasiya edəcək. Hələlik, İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciətinin təsdiqindən söhbət getmir.

Finlandiya prezidenti Sauli Niinistönün martın 16-da Türkiyəyə səfər edəcəyi və orada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi də bildirilir. Liderlər xüsusilə NATO-ya üzvlük məsələsini müzakirə etməlidirlər.

Xatırladaq ki, bu yaxınlarda İsveçin baş naziri Finlandiyanın İsveçdən əvvəl NATO-ya daxil olma ehtimalının artdığını qeyd edib.

Nizami Bağırov