Dünya 22:10 11.07.2022

Türkiyə və Rusiya arasında yüksək səviyyəli görüş planlaşdırılır

Türkiyə və Rusiya arasında yüksək səviyyəli görüş planlaşdırılır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə bildirib.

Belə ki, Moskva və Ankara arasında yüksək səviyyəli görüşün Türkiyədə keçirilməsi planlaşdırılır, tarix hələ məlum deyil.

Hazırda görüşlə bağlı iki ölkənin müvafiq idarələri arasında danışıqlar gedir.

Bundan əvvəl Rusiya nümayəndə heyətinin Ukraynadan taxıl ixracı problemini müzakirə etmək üçün Türkiyəyə gələcəyi bildirilirdi.